“Grandagro-Invitro” MMC “Agro Food Investments” MMC-nin bir hissəsidir.

Azərbaycan məhsullarının xarici bazarlara ixracı barədə iclas

Şirkətimiz Sentyabrın 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən keçirilən “Kiçik və orta sahibkarların ixrac imkanlarının yüksəldilməsi məqsədi ilə assosiasiyaların fəaliyyətinin gücləndilməsi” mövzusunda seminarda iştirak etmişdir.
Seminarda kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 20-dən çox şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə Azərbaycan məhsullarının xarici bazarlara ixracı, bu istiqamətdə bazar araşdırmalarının aparılması, yeni bazarların müəyyən edilməsi və onlarla biznes əlaqələrinin yaradılması mövzularında təqdimatlar keçirilib.

Mənbə: AzPromo

 

18 Sen 2018
    • location
    • AZ1010, Bakı, Azərbaycan, Türkan qəsəbəsi, Üzümçülük savxozu ərazisi

    • call
    • (+994 12) 504 88 88
      (+994 50) 291 99 78