about-cover
mouse-icon

Haqqımızda

“Grand-Agro İnvitro” MMC Azərbaycanın klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. Qurum bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq etməkdədir. Şirkətin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazar rəqabətinə tab gətirə biləcək yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.

 

Məqsəd

Keyfiyyət, məhsuldarlıq, şəffaflıq və dəqiqlik əsas məqsədimizdir.

Məqsədimiz xəstəliklərdən azad, davamlı və yüksək məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə müştərilərə xidmət göstərmək, ölkənin dinamik inkişafda olan kənd təsərrüfatı sahəsinə töhfə vermək və bu sahədə öncə yerli, daha sonra isə beynəlxalq səviyyəli liderə çevrilməkdir.

Missiya

İnnovativ yanaşlamara üstünlük verməklə yeni xidmətlər təklif etmək, araşdırma və inkişaf planlarını fasiləsiz yeniləmək, sifariş olunan bitki cinsləri və sortları üçün qidalı mühit sınaqlarını davamlı həyata keçirməklə region üzrə optimumu əldə etmək bizim ən mühüm missiyalarımızdandır.

 

    • location
    • AZ1010, Bakı, Azərbaycan, Türkan qəsəbəsi, Üzümçülük savxozu ərazisi

    • call
    • (+994 12) 504 88 88
      (+994 50) 291 99 78

    • mail
    • info@grandagroinvitro.az