Zeynalov Taleh - Layihə Rəhbəri

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə “Beynəlxalq Ticarət” ixtisası üzrə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-2004-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində iqtisadçı vəzifəsində başlamışdır. 2004-2011-ci illərdə Ədliyyə Nazirliyində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı vəzifələrində, 2011-2016-cı illərdə “Türkan-Aqro” MMC-nin maliyyə direktoru vəzifəsində, 2016-2017-ci illərdə “Amplo Consulting” MMC-də biznesin inkişafı üzrə menecer vəzifəsində çalışmışdır. 

 

Balakişiyeva Gülnarə - Laboratoriya İstehsalatı üzrə Qrup Rəhbəri

2004-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavr pilləsini, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA Botanika İnstitutu və Fransanın Victor Segelan adına Bordeaux II Universitetinin əməkdaşlığı çərçivəsində doktorantura təhsili almış, elmi tədqiqatlarını Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Bordeaux Mərkəzində (INRA Center Bordeaux) həyata keçirmişdir. 2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Şirkətimizdə işə başlamazdan öncə AMEA Botanika İnstitutunda böyük elmi işçi, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

 

 

Vəliyev Əli - İstixana İstehsalatı üzrə Mütəxəssis

2005-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) Genetika və seleksiya ixtisası üzrə bakalavr, 2010-cu ildə Azərbaycan Dövlət  Aqrar Universitetinin Aqronomluq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Şirkətimizdə işə başlamazdan öncə AMEA Genetik Ehtiyyatlar İnstitutunda elmi işçi, “Azərsu“ ASC Ekologiya şöbəsində rəis, Texnoloji proseslərə nəzarət, o cümlədən Kommunikasiyalara nəzarət şöbələrində ətraf mühitin mühafizəsi və yaşıllaşdırılması üzrə aparıcı mühəndis vəzifələrində çalışmışdır.

 

 

Sadıqzadə Nərgiz - Tədqiqat və İnkişaf üzrə Mühəndis

2009-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində bakalavr təhsili, 2015-ci ildə isə Avstraliyanın La Trobe Universitetinin Molekulyar Elmlər İnstitutunda Biotexnologiya və Bioinformatika ixtisası üzrə magistr təhsili almışdır. Elmi işinə həmin institutun struktur biologiyası laboratoriyasında başlamış və Olivia Newton-John Xərçəng Araşdırmaları İnstitutunun Xərçəng və İltihablanma Araşdırmaları laboratoriyasındadavam etdirmişdir. Şirkətimizə qoşulmadan öncə bir çox ictimai layihələrə rəhbərlik və koordinatorluq etmiş, NPC Agro Konsalting və Mühəndislik şirkətində tədqiqatçı vəzifəsində çalışmışdır. Hazırda  AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bionanotexnologiya fənni üzrə mühazirəçidir. 

 

 

Qafarlı İlahə – Tədqiqat və İnkişaf üzrə Mühəndis

2008-ci ildə Ege Universitetinin Kimya fakültəsində bakalavr təhsilini, 2016-cı ildə isə Türkiyənin İstanbul Texniki Universitetində Ekalogiya Mühəndisliyi üzrə magistr təhsili almışdır. Elmi işinə həmin universitetin kimya (Sedat Üründül)  laboratoriyasında başlamış və suda mikro səviyyədə çirklənmə üzərinə araşdırmalar etdirmişdir. Şirkətimizə başlamadan əvvəl 2012-2013-cu illərdə TUBİTAK layihəsində, 2017-2018-ci illərdə isə BAP layihəsində mühəndis olaraq çalışmışdır. 2018-ci ildə Journal of Hazardous Materials’da ilk elmi məqaləsi yayınlanmışdır.

 

 

 

                                                                                                                                                                                   

Ağayarova Fidan – Hazırlıq üzrə Mütəxəssis 

2017-ci ildə Bakı Dövlət Univeristeti, Genetika ixtisası üzrə bakalavr pilləsini  bitirmişdir. 01.09.2015-10.03.2016 bakalavr müddəti ərzində  ERASMUS MUNDUS Electra Action lll tələbə təqaüd  programı nəzdində  6 ay müddətində Sofia Universitetində Biotexnologiya ixtisası üzrə mübadilə programını uğurla başa vurmuşdur. 2014 -2018 – ci illər ərzində GIZ, BMT, WWF kimi təşkilatların müxtəlif ölkələrdə təcrübə proqramlarında iştirak etmişdir və ekoloji layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı üzrə, daha sonra «Dərs Evi» tədris mərkəzində Biologiya və İnglis dili üzrə müəllim və təhsil üzrə konsultant işləmişdir. 

 

 

Nemanlı Lalə – İqlimləşdirmə üzrə Mütəxəssis

2015-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2017-cı ildə isə həmin universitetin Biokimya ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Bitkilərin fotosintetik aparatında və antioksidant fermentlərində fitoplazmalarla (Candidatus phytoplasma solani) induksiya olunan dəyişikliklərin tədqiqi" mövzusunda dissertasiya işinin elmi-təcrübi hissəsini müvəffəqiyyətlə yerinə yetirmişdir. Beynəlxalq Elmi Konfranslarda və elmi jurnallarda 3 tezisi və 2 məqaləsi nəşr olunmuşdur. 

 

 

 

    • location
    • AZ1010, Bakı, Azərbaycan, Türkan qəsəbəsi, Üzümçülük savxozu ərazisi

    • call
    • (+994 12) 504 88 88
      (+994 50) 291 99 78

    • mail
    • info@grandagroinvitro.az