“Grandagro-Invitro” MMC “Agro Food Investments” MMC-nin bir hissəsidir.

Təsislərimiz

Grand-Agro Invitro MMC 3 mühüm istehsal bölməsini əhatə edir:

Mikroçoxaltmanın həyata keçirildiyi, müasir texnologiyalarla təchiz olunmuş laboratoriya; Tinglərin əkildiyi, avtomatlaşdırılmış xüsusi istixana kompleksi; Formalaşmış tinglərin adaptasiya məqsədli köçürüldüyü açıq sahələr.

Ətraflı

Haqqımızda

about

“Grand-Agro İnvitro” MMC Azərbaycanın ilk və tək klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. Qurum bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq etməkdədir. Şirkətin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazar rəqabətinə tab gətirə biləcək yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.

Məhsullar

Çeşid seçimi bazar tələbatı və müştəri sifarişinə uyğun olaraq aparılır. Təqdim olunan anaclar isə meyvə yetişdiriciliyində ən çox müraciət olunan standart anaclardır. Bu anacların verimliliyi, keyfiyyət göstəriciləri, böyümə və inkişafı, habelə müxtəlif iqlim və torpaq şərtlərinə dayanıqlılığı sübut olunmuşdur.


Qalereya

Xəbərlər

    • location
    • AZ1010, Bakı, Azərbaycan, Türkan qəsəbəsi, Üzümçülük savxozu ərazisi

    • call
    • (+994 12) 504 88 88
      (+994 50) 291 99 78

    • mail
    • info@grandagroinvitro.az